Azərbaycanda kölgə iqtisadiyyatının azalması üçün ciddi addımlar atılır - ŞƏRH
15 Oktyabr 2018 11:56 İqtisadiyyatZiyad Səmədzadə: "Ölkə rəhbəri ötən 15 ildə nəyi deyibsə, onlara bir-bir nail olub"
Dünyanı başına alan maliyyə-iqtisadi böhranın davam etməsinə, qlobal risqlərə və kataklizmlərə, siyasi, hərbi, qanlı qarşıdurmaların gündən-günə artmasına baxmayaraq, Azərbaycan dinamik və sıçrayışlı inkişaf tempini qoruyub saxlaya, öz iqtisadiyyatını gücləndirə, regionun sabitlik və təhlükəsizlik adasına çevrilməsinə nail ola bilib. 2015-2016-cı illərdə dünyada neftin qiyməti kəskin şəkildə uçuzlaşsa və dalbadal iki ağır devalvasiya yaşansa da, Azərbaycan bir dövlət və cəmiyyət olaraq bu sınaqdan uğurla çıxa bilib. Etiraf edilməlidir ki, bu naliyyətlər prezident İlham Əliyevin uzqgörən, düşünülmüş siyasəti nəticəsində mümkün olub. Belə ki, dövlət başçısının yürütdüyü uzaqgörən siyasət nəticəsində Azərbaycan regionun və bölgənin lider dövləti olaraq, dünyadakı yerini və mövqeyini daha da gücləndirib. Elə son 3 ildə Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq siyasi, iqtisadi, humanitar, mədəni, hərbi təbdirləri buna misal göstərmək olar. Lakin o da faktdır ki, sadlanan uğurlarla bərabər qarşıda görüləsi işlər də kifayət qədərdir.
Millət vəkili Ziyad Səmədzadə bildirib ki, Nazirlər Kabinetinin iclasında çıxışı zamanı dövlət başçısı uğurlarla, nailiyyətlərlə yanaşı, bir çox həlli vacib olan məsələləri də dilə gətirib. Xüsusilə, vergi orqanlarında ciddi struktur islahatları aparıldığını deyən ölkə prezidenti əsas vəzifənin kölgə iqtisadiyyatının aradan qaldırılması olduğunu xatırladıb: "Dövlət başçımızın da qeyd etdiyi kimi, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Odur ki, Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır və bu addımlar sürətləndirilməlidir. "Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər"-deyən ölkə rəhbəri bir daha anons etdi, sərt şəkildə mesaj verdi ki, heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Xüsusilə də, bəzi sahibkarların bəzi dövlət məmurlarına arxalandığını, amma o dövrün artıq keçdiyini vurğulan dövlər başçısı qətiyyətlə bildirdi ki, onlar bundan sonra heç kimə arxalanmasınlar. Yəni, əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq.
"Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq"-deyən cənab prezident sonra ölkədə uçot sisteminin yaradılması prioritet məsələlərdən biri olduğunu, əvvəlki illərdə də bu məsələni dəfələrlə qaldırdığını, ancaq əfsuslar olsun ki, müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına nail ola bilinmədiyini söylədi. Bununla belə, dedi ki, indi bu sistem yaradılır, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün praktiki addımlar atılır. "Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik"-deyərək, Azərbaycan prezidenti səffaflığın vergi və gömrük orqanlarında tam təmin edilməli, struktur islahatlarının davam etdirilməli olduğunu da qarşıya bir vəzifə kimi qoydu. "Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir..."-deyə, ölkə rəhbəri sonra bildirdi.
Daha sonra iri fermer təsərrüfatlarında, taxılçılıqda, pambıqçılıqda, tütünçülükdə, meyvə-tərəvəzçilikdə nəticələrin çox yaxşı olduğunu, üzümçülükdə işlərin yaxşı getdiyini söyləyən dövlət başçısı bu il 3 milyon tondan çox taxıl tədarük edilidiyini, buğda yığımında məhsuldarlığın 30 sentnerə çatıdığını qeyd etdi. "Əlbəttə ki, kənd təsərrüfatının inkişafı, o cümlədən özünüməşğulluq sisteminin tətbiqi ilə də bağlı olacaq. Bu sistem əlbəttə ki, təkcə kənd təsərrüfatı sahəsini əhatə etməyəcək"-deyən dövlət başçısı bu sektorda hər il 6 min, 7 min iş yeri yaradılmalı olduğunu da vurğuladı: "Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar". Həmçinin, dünyada analoqu olmayan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinə toxunan dövlət başçısı mərkəzlərin inşası işlərinin davam etdirildiyini, ilin sonuna qədər iki şəhərdə - İmişli və Şəkidə yeni mərkəzlərin açılacağını, həmçinin, gələn il 4-5 mərkəzin açılmasının nəzərdə tutulduğunu vurğuladı. Eyni zamanda bildirdi ki, son məlumata görə, "ASAN xidmət" mərkəzlərinə 24 milyon müraciət olub ki, müraciət edənlərin də təxminən 100 faizi göstərilən xidmətlərdən razıdırlar və məmnundurlar. Yəni, bunları geniş və təfsilastı ilə deməkdə məqsədim odur ki, Azərbaycan dövləti, ölkə rəhbəri son 15 ildə nəyi deyibsə, nələri hədəfləyibsə, onları da edib, onlara bir-bir nail olub. Son doqquz ayın yekunları da bunun daha bir əyani sübutu və təsdiqidir. Və bu özü imkan və əsas verir ki, son iclasda qarşıya qoyulan hədəflərə, problemli məsələlərin aradan qaldırılmasına da tam nail oluna biləcək. Çünki qüdrəttli, qətiyyətli Azərbaycan dövləti və onun iradəli, uzaqgörən və müdrik lideri var".
Alim