24/7 Sahibkarlıq proqramına start verilir
15 Oktyabr 2018 11:46 İqtisadiyyatSabunçu Gənclər Evi və Gələcək Naminə Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (Gələcək Naminə Vcid) Avropa Birliyi Erasmus+ proqramı çərçivəsində "24/7 Sahibkarlıq" proqramına start verilib. "OLAYLAR"-a daxil olan məlumata görə, bu proqram gənclərə sahibkarlıq istiqamətində effektiv və əlverişli üsulları, təcrübələri peşəkar, nüfuzlu və məşhur sahibkarlardan öyrənməyə imkan yaradır.
İlk görüş Rəşxan Qaraşlı ilə keçirilib. O, 20 gənc iştirakçıyla tanış olduqdan sonra öz təcrübələrini bölüşüb.
Qarşıdakı görüşlər və təlimlər çərçivəsində Azərbaycanın nüfuzlu sahibkarları aşağıdakı təcrübələrini paylaşacaqlar:
Gələcəyin uğurlu sahibkarlarından olmaq istəyən, uğura gedən yolu nüfuzlu və tanınmış sahibkarlardan öyrənmək və mövcud təcrübələrini mənimsəmək istəyənlər bu imkanı qaçırmadılar.