Bal yarmarkasının açılışı təxirə salındı

Bu gün - oktyabrın 5-də Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılması planlaşdırılmışdı. Lakin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar, vətəndaşların və yarmarka iştirakçılarının rahatlığı nəzərə alınaraq, bal yarmarkasının açılış mərasimi təxirə salınıb. "olaylar" xəbər verir ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkasının Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31