Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir

Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb

Son illərdə orta və kiçik sahibkarlıq inkişaf etməyə başlayıb, regionlara sərmayə qoyuluşları artıb. Hazırda aparılan böyük dəyişikliklər öz müsbət nəticəsini verməkdədir. Cənab prezident İlham Əliyev də bütün çıxışlarında sahibkarlığa xüsusi önəm verir. Həmçinin ölkədə bu sahədə inkişafı daha da sürətləndirmək üçün zaman-zaman ilahatlar həyata keçirilir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyir ki, ölkədə bu istiqamətdə həyata keçirilən islahatların əsas məqsədi ölkə iqtisadiyyatının şaxələnməsinin təmin olunması, yeni iş yerlərini yaradılması, ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsi və nəticə etibarı ilə  əhalinin rifah vəziyyətinin yaxşılaşdırılmasıdır: " Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənir. Davamlı inkişaf sayəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlib. Bunun da nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir". Konfederasiya rəhbəri qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf etdiyi ölkələr iqtisadi cəhətdən daha dayanıqlıdır: "Ölkə Prezidentinin fərmanı ilə İqtisadiyyat nazirliyinin tərkibində müstəqil şəkildə "Sahibkarlığın İnkişafı Agentliyi" yaradıldı. Agentlik Kiçik və orta sahibkarlıq strategiyasının hazırlanması, maliyyə rezurslarına çıxış imkanlarını artırmaq sahəsində böyük işlər görəcək. Əsas məqsəd kimi kiçik və orta sahibkarlığın biznesdə, ümümdaxili məhsulda payını artırmaq qarşıda durur. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır". Məmməd Musayev  deyib ki, konfedersiya sahibkarlarla əlaqələrində dövlətin tərəf müqabilidir: "Azərbaycan Höküməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfedersiyası bu sənədə imza ataraq müəyyən dövr üçün üzərilərinə öhdəliklər götürür və onların yerinə yetirilməsi üçün tədbirlər həyata keçirirlər. İqtisadiyyat nazirliyi ilə mütamadi əməkdaşlıq edirik. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində çalışırıq. Sahibkarları narahat edən əsas məsələlərdən biri vergi məsələsidir. Vergilər nazirliyi ilə görüşlərimiz olur. Təsadüfü deyil ki, yeni təyin olunan vergilər naziri cənab Mikayıl Cabbarovun ilk görüşlərindən biri sahibkarlarla oldu. Hazırda qarşıda duran məsələləri həll etmək üçün sistemli bir iş qurmağa çalışırıq, xüsusən də vergi sistemi ilə bağlı sahibkarları narahat edən məsəllər müzakirə platformasına çıxarılır. Bu səbəbdən də Vergilər nazirliyi ilə Konfederasiya arasında Əməkdaşlıq Şuarası yaradılmış və fəaliyyət göstərir. Rübdə bir dəfə bu qurumun iclası keçirilr və sahibkarları narahat edən məsələlər gündəmə gətirilir. Danılmaz faktdır ki, sahibkarların arasında neqativ hallara və qanunu pozanlara da hələ də rast gəlirik. Bununla yanaşı unutmayaq ki, sahibkar həm də dövlətin vergi ödəyicisidir. Elə etməliyik ki, sahibkar da öz məsuliyyətini dərk etsin. Artıq Gömrük komitəsi, Miqrasiya xidməti ilə sıx əməkdaşlığa başlamışıq. Sahibkarların üzləşdikləri problemləri mütamadi olaraq aidiyyatı dövlət orqanları qarşısında qaldırırıq. Vergilər nazirliyi və eləcə də Əmək və əhalinin sosial müdafiəsi nazirliyi 2019-cu ilə böyük islahatların proqnozlarını veriblər. Hesab edirəm ki, vahid bir verginin tətbiq edilməsi həm vergi daxilolmalarını artıracaq, həm də vergi bazasının genişlənməsinə imkan verəcək. Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var vətopladığımız çoxsaylı təkliflər nazirliyə təqdim edilib. Hesab edirəm ki, vergi sistemində aparılacaq islahatlar effektiv olacaq və təkmil vergi ödəmə sistemi yaradılacaq. İlk növbədə vergi yükünün sahibkarlar arasında ədalətli şəkildə bölünməsi mühüm amildir. İnanırıq ki, təklif formasında təqdim etdiyimiz məsələlərlə bərabər bu dəyişikliklərin qəbul olunması sahibkarlığın inkişafına dəstək olacaqdır".

Məmməd Musayev deyib ki, Azərbaycanın ixrac potensialının artmasında və emal sənayesinin inkişafında, eləcə də digər sahələrdə artım davam edir: "Sahibkarların təşkilatlanması da sürətlənib, hər gün bir yeni asossasiyanın yarandığını eşidirik. Asossiasiyalar həm sahələr, həm də regionlar üzrə qurulur. Sahibkalardan ibarət ölkələrarası palatalar yaradılır. Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayderin iştirakı ilə bu yaxınlarda Azərbaycanda keçirilən konfransa qatılan iştirakçı ölkələrin marağını və göstərilən diqqəti nəzərə alaraq deyə bilərəm ki, azərbaycanlı sahibkarlar artıq nüfuzlu və inkişafda olan bir sinifdir. Azərbaycan Sahibkarlar Konfederasiası da öz növbəsində bu təşkilatlanmaya dəstək verir və inanıram ki, qarşıdakı illər sahibkarlarımız üçün daha uğurlu olacaqdır.  Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Son illərdə sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı mühüm dövlət sənədləri biznes mühitinin yaxşılaşdırılması istiqamətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub.  Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2021-ci ilədək dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə və "Elektron lisenziya" portalının yaradılmasına başlanılıb.  İnvestisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı aparılan işlər nəticəsində sözsüz ki, sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək". ASK sədri deyib ki, son 15 ildə sahibkarlara 2,2 milyard manat güzəştli kredit verilmişdir ki, həmin kreditlərin dəyərləndirilməsi nəticəsində sahibkarlar tərəfindən 163 min yeni iş yeri açılmışdır. Cari ildə dövlət tərəfindən sahibkarlara 170 milyon manat güzəştli kreditlər verilməsi nəzərdə tutulub.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31