Xətai rayonuna içməli su məhdudiyyətlə veriləcək
4 Oktyabr 2018 11:31 İqtisadiyyatOktyabrın 4-də gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31