Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi davamlı və yüksək templidir
3 Oktyabr 2018 14:40 İqtisadiyyatBu gün iqtisadiyyatımızın inkişafı, dayanıqlığı üçün qəbul olunan Dövlət proqramlarının rolu əvəzsizdir. Regionların sosial-iqtisadi inkişafı Azərbaycanın regionda lider dövlətə çevrilməsində müstəsna və xüsusi rol oynamışdır. Dövlət proqramlarının qəbulu iqtisadiyyatın bütün sferalarını əhatə etməklə yanaşı ölkə iqtisadiyyatının şaxəli inkişafına səbəb olmuşdur. Regionlarda sənaye, turizm, kənd təsərrüfatı inkişaf edərək istehsal və sosial infrastrukturanın yenidən qurulmasına nail olunmuşdur. Proqram çərçivəsində nəzərdə tutulan bütün tədbirlər planının artıqlaması ilə həyata keçirilməsi Prezident İlham Əliyevin xalqa verdiyi vədlərin reallığa çevrilərək cəmiyyətin bütün sferalarının maraqlarına xidmət etdiyini göstərir. Cənab İlham Əliyev Azərbaycanı geniş bir bölgənin ən perspektivli dövlətləri sırasına çıxarmışdır. Prezidentimizin xalqımızın maraqları və tələbatı üzərində qurduğu sosial-iqtisadi inkişaf xətti həqiqi bəhrəsini vermişdır. Məhz buna görə də Azərbaycanın inkişaf templərinə və investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında reytinqi xeyli yüksəlmişdir.
Qarşıya qoyulmuş məqsədlərin reallaşması və ölkədə aparılan əsaslı iqtisadi islahatlar istiqamətində nəzərdə tutulan bütün işlər həyata keçirilmiş və iqtisadi artımın davamlı xarakter almasını şərtləndirmişdir. Beləliklə, Azərbaycanda iqtisadiyyatın həcmi bu illərdə iki dəfədən çox artmışdır ki, bu da dünyada analoqu olmayan göstəricidir. Bu illər həm də yeni iqtisadi təşəbbüslərlə zəngin olmuşdur.
Kənd təsərrüfatının inkişafı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş siyasi qərarlar əsasında həyata keçirilir. Bu məsələ aqrar islahatların müasir mərhələsində prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Dövlət Proqramı ölkədə fəaliyyət göstərən təsərrüfatların əksəriyyətinin kiçik olması səbəbindən mühüm əhəmiyyətə malikdir. Hazırda bu sahənin rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə mane olan başlıca problemlərdən biri kiçik torpaq sahibliyinin və kiçik təsərrüfatların kənd təsərrüfatı istehsalında xüsusi çəkisinin böyük olmasıdır. Dövlət proqramlarında sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı sənaye müəssisələrinin fəaliyyətinin bərpası, yeni müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpası və bu istehsalla bağlılığı olan fermerlərin yetişdirdikləri məhsulların satış imkanlarının artırılması xüsusi diqqətdə saxlanılmışdır. Kənd təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılmasında Dövlət proqramından irəli gələn bütün müddəalar öz həllini tapmışdır. Belə ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti çərçivəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb. Bütün bu tədbirlər ölkəmizdə kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün mühüm şərait yaradır. Məsələn, emal sənayesinin inkişafı sayəsində kənd təsərrüfatı kooperasiyasının formalarından biri kimi çıxış edən "müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı" sisteminin ölkəmizdə də tətbiqi təcrübəsi yaranıb.
Bu gün üzümçülüyün , pambıqçılığın, tütün plantasiyalarının salınması,iri və xırda buynuzlu heyvandarlığın , balıqçılığın dəstəklənməsi ,əlbətdə gələcəkdə öz səmərəli nəticələrini verəcək. Azərbaycan dövləti aqrar sahədə qanunvericilik bazasını təkmilləşdirməklə ,daha mütərəqqi iqtisadi hüquqi baza yaratmaqla aqrar sahənin tərəqqisini hədəfdə saxlayır.Çünki davamlı iqtisadi inkişafa gedən yol ərzaq təhlükəsizliyinin təmin olunmasından keçir. Dünyada baş verən dəyişkənli mühit və geosiyasi gedişat güclü dövlətlərlə yanaşı ,doğru iqtisadi siyasət yürüdən və ərzaq təhlükəsizliyini hədəfdə saxlayan ölkələr üçün də elədə təsir göstərmir,inkişafını ləngitmir. Aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. Eyni zamanda ölkə başçısının "Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" 23 fevral 2018-ci il tarixli Sərəncamı ilə taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək üçün mühüm rol oynayır. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsi"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 160,0 milyon manat vəsait ayrılmışdır.Kənd təsərrüfatında dərin islahatların əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı istehsalının zonalar üzrə ixtisaslaşmasıdır. Bunu nəzərə alaraq Prezident İlham Əliyev kənd təsərrüfatının zonalar üzrə ixtisaslaşdırılmasına dair konkret tapşırıqlar verir. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olub və müvafiq sənədlər imzalanıb.
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi davamlı və yüksək templidir. Ölkəmizin xarici iqtisadi strategiyasının əsas prioritet istiqamətlərindən biri məhz müasir dünya təsərrüfat proseslərinə aktiv şəkildə qoşulmaq, qlobal geoiqtisadi məkanda baş verən yeni meyillərə adekvat şəkildə reaksiya verməkdən ibarətdir. İqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan dövləti xarici ticarət dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə nail olub. Azərbaycan iqtisadiyyatının dinamik inkişaf meyilləri ilə müşahidə olunması respublikamıza sərmayə qoyuluşlarının maliyyə imkanlarının güclənməsinə əhəmiyyətli dərəcədə zəmin yaratmaqdadır. Sərmayə qoyuluşlarının dinamikası son illər daha intensiv xarakter alıb və iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə edib. Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə verdiyi dövrün təhlili bir daha göstərir ki, Avropa və MDB məkanında investisiya qoyuluşlarının həcminin azalması müşahidə olunur, lakin Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir.
Azərbaycanda özünün müasir potensialı ilə uğurlu, dünya standartlarına cavab verən infrastrukturun formalaşması ölkənin nəinki XXI əsr texnologiyalarının tətbiqi və inkişafına əsaslanan modernləşdirilməsini sürətləndirəcək, həm də Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabətqabiliyyətliliyinin artmasına kömək edəcək. daxili resursların çatışmadığı halda iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi üzrə dövlət siyasəti investisiya qoyuluşu probleminin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir və işgüzar fəallığın canlanması üzrə makro və mikroiqtisadi tədbirlər kontekstində nəzərdən keçirilir. Aydındır ki, iri dövlətlər daha çox investisiya cəlb edə bilər. Kapitalın yerləşdirilməsi zamanı bazarın ölçüsü və artımı iki başlıca amil kimi nəzərdən keçirilir. Lakin xarici ölkələrin təcrübəsi göstərir ki, əlverişli investisiya mühiti, institusional əsaslar, əməyin və infrastrukturun keyfiyyəti, siyasi sabitlik və dəqiq stimullaşdırıcı iqtisadi artım siyasəti kimi rəqabət üstünlüklərinə malik olan bütün ölkələr investisiyalar cəlb edilməsi üzrə rəqabət apara bilər. Bunlarla yanaşı, fikrimizcə, indiki dövrdə cəlb olunan xarici investisiyaların rolunu qəbul edərkən onların mənfi nəticələrini də nəzərə almaq və daxili yığım mənbələrinə böyük diqqət yetirmək lazımdır və bu məsələdə birmənalı qiymət ola bilməz. Azərbaycan Respublikası iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksəltmək üçün ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin müasir amillərinin formalaşmasının gücləndirilməsi zəruridir. Bu əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının, Azərbaycan Respublikasının sosial-iqtisadi sabitliyinin və milli təhlükəsizliyinin təmin edilməsi üçün həlledici amilə çevrilməlidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir