Son 3 ildə 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib

Dövlət başçısının tapşırığına əsasən Bakı şəhərinin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. "OLAYLAR"-a Dövlət Agentliyindən bildirilib ki, Bu tədbirlər çərçivəsində zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya xətləri yuyulur və bərpa olunur, köhnə yağış barmaqlıqları yenisi ilə əvəzlənir.

Bu məqsədlə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından Sabunçu yol qovşağı istiqamətində yağış sularının kənarlaşdırılması üçün əlavə 60 metr uzunluğunda xətt çəkilib və ərazidə yeni yağış barmaqlıqları quraşdırılıb. Anoloji işlər Babək prosektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində də aparılır. Burda uzunluğu 325 metr olan əlavə xəttin çəkilişi işləri görülür. Məqsəd sözügedən ərazidə intensiv yağıntılar zamanı yolun hərəkət hissəsində yığılıb qalan yağış sularının vaxtında kənarlaşdırılmasıdır. Ərazidə əlavə 9 ədəd yağış barmaqlığının quraşdırılması da nəzərdə tutulub.

Ümumilikdə son 3 il ərzində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün aparılan kompleks tədbirlər zamanı Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib, əlavə yağış barmaqlıqları quraşdırılıb, yağış və kanalizasiya kollektorlarının olmadığı ərazilərdə də yağış-kanalizasiya sistemi qurulması işləri aparılıb. Bu zaman xətlər səth sularının axıdılması üçün xüsusi qazılmış quyulara birləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31