“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə
2 Oktyabr 2018 14:08 İqtisadiyyatOktyabrın 2-dən etibarən Səyyar ASAN xidmət çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. "OLAYLAR" İstehsalat Birliyinə istinadən xəbər verir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "ASAN Kommunal" standartlarına uyğun xidmət göstərilməsi təmin edilir. (Maştağa qəsəbəsində Mədəniyyət və istirahət parkının ərazisində, xidmətin müddəti 1-ay nəzərdə tutulur)
İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Əsas hədəflərdən biri də regionlarda açılacaq "ASAN Kommunal" Mərkəzlərində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 21-dən etibarən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış "Səyyar ASAN" avtobus və qatarlarda Goranboy rayonundan başlayaraq Göyçay, Ağstafa, Xaçmaz, Tovuz, Ağdam, Hacıqabul, Cəlilabad, Şəki, Ağsu, Şirvan, Biləsuvar və Yevlax rayonlarında xidmətlər göstərməyə başlanılıb.