381 çoxmərtəbəli binaya təbii qaz verilib
2 Oktyabr 2018 12:43 İqtisadiyyat"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. "OLAYLAR"-ın İstehsalat Birlyinə istinadən verdiyi xəbərə görə, görülmüş işlərin nəticəsidir ki, Birlik 2018-ci ilin yanvar-sentyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 381 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 19662 ailə yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31