Bu ərazilərdə qaz olmayacaq

Paytaxtın Nəsimi rayonu Tibilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami,H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində,həmcinin Gəncə şəhərinə  təbii qazın verilişində fasilələr yaranacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb. Bildirilib ki, buna səbəb "Qaz İxrac" İdarəsinin balansında olan diametri  720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcə də istismara verilməsidir.

Görülən  təmir işlərinin Nərimanov və Yasamal rayonlarının,eləcə də Yeni yasamal yaşayış massivi Şərifzadə,Vasif Əliyev və Xıdır Mustafayev  küçələrinin  bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31