“Azərspace 2” nin hərbi əhəmiyyəti kifayət qədərdir

Müəyyən əraziləri nəzarətdə saxlamaq üçün onun rolu böyükdür

Müəyyən əraziləri nəzarətdə saxlamaq üçün onun rolu böyükdür

Azərbaycanın müstəqillik tarixində daha bir əlamətdar və uğurlu hadisəyə şahidlik etdik. Son 5 il ərzində "Azerspace-1" telekommunikasiya peyki, "Azersky" müşahidə peykindən sonra sayca üçüncü peyk "Azərspace 2" orbitə çıxarıldı. Bu münasibətlə xalqımızı təbrik edən Prezident İlham Əliyevin də bildirdiyi kimi, ölkəmiz kosmik məkanda mövqeyini daha da möhkəmləndirir. Artıq əminliklə demək olar ki, Azərbaycan kosmik dövlətə çevrilib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün "Azərspace 2" peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur. Dövlətimizin başçısı qeyd edib ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir".

Məlumat üçün qeyd edək ki, belə peyklərin yaradılması Azərbaycan kosmik məkanda mövqeyini daha da möhkəmləndirir. "Azərspace 2", ümumilikdə 3 peykimizin orbitə çıxarılması ölkəmizin dünyada imicinin daha da yüksəldilməsi, kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın güclənməsi, informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, Azərbaycanın telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı tam aradan qaldırılır, yerli kanallarımızın dünyaya yayılmasında, kosmik sənayenin inkişafı və bu sahədə kadr hazırlığında vacib rol oynayır.

Ekspertlərin qənaətinə görə, Azərbaycanın 2-ci telekommunikasiya peykinin orbitə buraxılması informasiya və kommunikasiya texnologiyaları sahəsində növbəti inqilabi hadisə sayıla bilər. Çünki, bu peykin imkanları həddindən artıq genişdir. Ondan internet təchizatı, televiziya və radio yayımı ilə yanaşı, hərbi və digər məsələlərdə də faydalanmaq olar. "Azerspace-2" həm də təaqiqat yönümlü işlər üçün istifadə edilə bilər. Bu, ölkə iqtisadiyyatının, o cümlədən İKT sahəsinin inkişafına böyük kömək olacaq. Ümumlikdə, "Azerspace-2" ölkəmiz üçün informasiya təhlükəsizliyinin təmin olunmasına fayda verəcək. Ölkədə internet infrastrukturunu inkişaf etdirməkdə "Azərspace 2"- nin imkanlarından maksimum istifadə etmək mümkün olacaq. Bu peyklərin hərbi əhəmiyyəti də kifayət qədərdir. Belə ki, hərbi əməliyyatlar aparmaq, müəyyən əraziləri nəzarətdə saxlamaq üçün onun rolu böyükdür. "Azərspace-2"dən istifadə ölkədə internetin ucuzlaşmasına, keyfiyyətinin artmasına da gətirib çıxaracağı gözlənilir.

"Azərspace 2" nin ölkəmiz üçün iqtisadi əhəmiyyəti də danılmazdır. Belə ki, orbitə çıxarılan təkcə "Azərspace 2" peyki ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək. Azərbaycanın kosmik sənayedə əldə etdiyi nailiyyətlər həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Çünki kosmik sənayenin uğuru iqtisadiyyatın bu sahəsində inkişafı stimullaşdırır. Azərbaycanın orbitə çıxardığı peyklər kosmik xidmətlər bazarında yerini möhkəmləndirir. Rabitə xidmətləri təklif olunur, müxtəlif nüfuzlu təşkilatlara, şirkətlərə əhəmiyyətli informasiyaları sata bilir. Bu isə kifayət qədər gəlir deməkdir. Bu baxımdan "Azərspace 2" peykindən də gözləntilər böyükdür. Digər peykimiz "Azərsky"ya gəlincə, bu müşahidə peyki dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində xüsusi rola malikdir. Ümimiyyətlə isə ölkəmizdə müşahidə xidmətləri sahəsində ayrıca dövlət proqramı hazırlanır. Hazırda ölkəmizdə peyk müşahidə xidmətləri sahəsində dövlət proqramı hazırlanır. 2019-2022-ci illəri əhatə edəcək proqram üzrə işlər artıq yekunlaşmaq üzrədir. Proqram 2019-2022-ci illəri əhatə edəcək. Artıq bununla bağlı işlər yekunlaşmaq üzrədir.

Millət vəkili Tahir Mirkişili deyib ki, Azəbaycan kosmosa 2-ci süni peykini göndərib. Bu, Azərbaycan iqtisadiyyatı üçün növbəti mühüm hadisədir. Onun bildirdiyinə görə, müasir dövrün şərtləri ondan ibarətdir ki, əgər bir dövlət daha güclü, daha müstəqil və daha perspektivli olmaq istəyirsə mütləq kosmik sənayeni inkişaf etdirməlidir: "Çünki bu, eyni zamanda ölkələrin müstəqliyinin daha da güclənmədsi, müasirliyinin artması, informasiya təhlükəsizliyinin təmin olunması və bütövlükdə iqtisadiyyatın inkişafı üçün də çox mühüm şərtlərdən biridir. Azərbaycanın atdığı bu addım çox uzun müddətə hesablanıb və bu, strateji əhəmiyyət daşıyır. Azərbaycan artıq "Kosmik klub"un üzvüdür". Deputat deyib ki, bu, əslində Azərbaycan 3-cü peykidir ki, kosmosa göndərilib: "Əvvəl "Azərspace-1"  süni peyki, daha sonra telekominikasiya sputniki havaya buraxılıb. İki gün öncə  göndərilən "Azərspace-2" süni peykinin isə əsas funksiyası "Azərspace 1" sputnikinin fəaliyyət göstərməsidir. Çünki texnologiyada belə bir tələb var ki, hər bir texnikanın ehtiyat sürəti olmalıdır. Birinci baş verə bilən hər hansı hadisəni sığortalamaq üçün hökmən texnologiya 2 hissədən ibarət olmaldır. "Azərspace 2" sputniki "Azərspace 1"in xidmətlərini daha dayanıqlı, daha uzun müddətli etməyə imkan verir. Eyni zamanda, müştərilərin "Azərspace 1" xidmətlərinə daha çox inanmasına xidmət edir. Təbii ki, bütün bunların içərisində Azərbaycanın əldə etdiyi gəlirlər də var. Azərbaycan bu gün sputnik xidmətləri ixracında valtuya əldə edir. Düşünürəm ki, "Azərspace 2"nin buraxılması bu cür xidmətlərdən Azərbaycanın daha çox gəlir əldə etməsinə səbəb olacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31