Dünya Halal Zirvəsi və 6-cı İslam Əməkdaşlıq Təşkilatı Halal Sərgisi” təşkil olunacaq
27 Sentyabr 2018 15:05 İqtisadiyyat29 noyabr - 2 dekabr tarixlərində Türkiyənin ev sahibliyi ilə "Dünya Halal Zirvəsi və 6-cı İslam Əməkdaşlıq Təşkilatı Halal Sərgisi" təşkil olunacaq. Bu barədə məlumat "OLAYLAR"-a Qida Təhlükəsizliyi Agentliyindən daxil olub. Bildirilib ki, sərgidə maliyyə, turizm, kosmetika, tibb, kimya, qablaşdırma, islam həyat tərzi və mühafizəkar moda, cihazqayırma və s. kimi sahələrdə 250-dən çox beynəlxalq firmanın iştirakı nəzərdə tutulub.
Təşkilatçılar tərəfindən Azərbaycan Respublikasında qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin də sərgidə iştirak etməsi üçün müraciət edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31