Bu yollarda rəngləmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.  "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı BNA və Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31