Azərbaycan regional kosmik sənaye mərkəzinə çevrilməkdədir
27 Sentyabr 2018 13:00 İqtisadiyyat"Azərspace 1" telekomminikasiya peyki, "Azərsky" müşahidə peykindən sonra "Azərspace 2" peyki Fransanın "Arianespace" şirkətinə məxsus "Ariane 5″ daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.
"Azerspace 2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk birinci telekommunikasiya peyki "Azerspace 1" peykinin orbitdəki ehtiyatıdır. Peykin istismar müddəti isə azı 15 il nəzərdə tutulur.
Son beş il ərzində Azərbaycanın orbitə çıxardığı 3 peyk göstərir ki, Azərbaycan regional kosmik sənaye mərkəzinə çevrilib. Etiraf edilməlidir ki, Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. "Azərkosmos" nəyinki Azərbaycanın Qafqazın ilk peyk operatorudur.
"Azərkosmos" Transponder icarəsi: transponderin tam iş dövründə icarəsi, transponderin çevik əməliyyatlar zamanı icarəsi, qısa müddətli tutumdan istifadə;
Televiziya yayımı: kanalların yayımı, peyk xəbərləri toplusu (SNG);
Telekommunikasiya: çox kiçik apertura terminalı (VSAT), uzaqdan əlaqə, peyk üzərindən İP.
Yer səthinin məsafədən müşahidə edilməsi: ağ-qara (PAN) şəkillərin çəkilməsi. rəngli (multi-spektral) şəkillərin çəkilməsi kimi yüksək peyk xidmətləri təqdim edir.
Ölkəmizdə kosmik sənayenin inkişafı üçün yüksək imkanlar mövcuddur. Bunun təməlində ölkə prezidentinin informasiya texnologiyalarının inkişafına göstərdiyi xüsusi önəm, diqqət və qayğı durur.
Bu gün kosmik peykimiz 22 ölkəyə icarəyə verilir. Bunun nəticəsində xeyli vəsait əldə olunub. Dövlət büdcəsinə daxil olan bu vəsait iqtisadi qüdrətimizi daha da artırır. Peykin orbitə çıxarılması ilə qeyri-neft sektorunun inkişafın stimullaşdırılmış olacaq.Bu gün qeyri-neft sektorunun ixrac potensialının artırılmasında kosmik sənayenin inkişafı prioritet istiqamətlərdən hesab olunur. Bunu 2009-cu ilin avqust ayında Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalanmasında da görmüş olduq.
Azərbaycanın beynəlxalq siyasi və iqtisadi nüfuzunun artmasında kosmik layihələrin həyata keçirilməsi xüsusi rol oynayır.
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili "Azərspace 2" peykinin orbitə buraxılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, bu çox əlamətdar bir hadisədir: "Rəmzi mənada 3-cü peyk Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilir. Kosmik sənayenin inkişaf etdirilməsi iqtisadi cəhətdən ölkəmizə fayda gətirir. Bununla Azərbaycan xidmətlər ixrac edir.
Texnoloji nöqteyi nəzərdən "Azərspace 1", "Azərsky", "Azərspace 2" peykləri ölkəmizdə IKT-nin inkişafına xidmət edir, informasiya təhlükəsizliyinin təmin olunmasını artırır. Bütün bunlar isə dövlətimizin güclənməsinə və texnoloji cəhətdən daha da müasirləşməsinə böyük dəstək göstərir".
Qeyd edək ki, bu gün artıq sayca üçüncü peyk olan "Azərspace 2"-nin orbitə buraxılması ilə Azərbaycan dünyaya bütün sahələrində olduğu kimi kosmik sənayesində də güclü olduğunu sübut etdi.
Nigar Orucova