FAO Azərbaycanı DİM göstəricilərinin milliləşdirilməsi sahəsində dəstəkləyir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO) və Dövlət Statistika Komitəsinin təşkil etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin göstəriciləri üzrə məlumatların artırılmasına həsr olunmuş təlim seminarı bu gün öz işinə başlayıb. "OLAYLAR" xəbər verir ki, tədbir, DİM-lərin milliləşdirilməsi və FAO-nun dəstəyi ilə 21 göstəricinin hazırlanmasına cəlb olunmuş dövlət qurumlarının 35 təmsilçisini bir araya gətirib.

Seminarın məqsədi iştirakçıların DİM göstəricilərini daha yaxşı bilmələrinə nail olmaq; DİM-lərin regional və milli səviyyədə monitorinqi və həyata keçirilməsində FAO-nun rolunu izah etmək; bütün göstəricilərin metodologiyasını təqdim etmək, onların müəyyənləşdirilməsi üçün tələb olunan məlumat və prosedurlarla tanış etməkdir.

Təlim seminarını Avropa və Mərkəzi Asiya regionu üzrə FAO-nun statistika mütəxəssisi Giorgi Kvinikadze və FAO-nun DİM göstəriciləri üzrə eksperti Zaza Çelidze aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31