Maliyyə Nazirliyi yeni dövlət istiqrazlarını yerləşdirib
26 Sentyabr 2018 13:04 İqtisadiyyat25 sentyabr 2018-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0104010688 ISIN kodlu, tədavül müddəti 364 gün olan 15.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Maliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, AZ0104010688 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 44.4 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 15.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 93.5178(gəlirlilik 6.9697%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 24 sentyabr 2019-cu ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31