Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25 Sentyabr 2018 13:14 İqtisadiyyatBu il həyata keçirilən 67 kəndlərarası avtomobil yolu layihələrindən biri də məhz Qəbələ rayonunda Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən və uzunluğu 18 km olan avtomobil yolunun yenidən qurulması layihəsidir. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki. layihə boyu işlər artıq yekunlaşmaq üzrədir.
Layihəyə əsasən 18 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun yararsız qruntu 34 min kub.m sahədə qazılaraq çıxarılıb, yola yararlı çınqıl materialı tökülərək genişləndirilib, genişləndirilmiş və bitki qatından təmizlənmiş ərazilərdə yenidən kipləşdirmə işləri aparılıb və 72 min kub.m sahədə yeni yol yatağı inşa edilib.
Yenidənqurma işləri çərçivəsində süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb. Belə ki, yol boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub və müxtəlif diametrli 612 paqon-metr uzunluğunda metal, 72 paqon-metr dəmir-beton suötürücü boruların, həmçinin 42 paqon-metr uzunluğunda su keçidinin inşası işləri görülüb.