Məmməd Musayev yenidən beynəlxalq qurumda sədr müavini seçilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  (ASK) prezidenti Məmməd Musayev  yenidən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədr müavini vəzifəsinə  seçilib. "Olaylar" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsinin  müdiri Vüsal Əzizov məlumat verib. Məlumatda bildirilir ki, Məmməd Musayev sayca dördüncü dəfədir bu vəzifəyə seçilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2001-ci ildən etibarən SSBK-də təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31