Azərbaycan nefti kəskin bahalaşdı
25 Sentyabr 2018 10:27 İqtisadiyyatAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,85 dollar və yaxud 2,3% artıb.
Olaylar.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 82,21 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31