Bankların Müşahidə Şuralarının səlahiyyətləri artırılır

Banklardakı  Müşahidə Şuralarının səlahiyyətləri artırılır."Olaylar"ın xəbərinə görə,  bu barədə "Banklar haqqında" qanuna dəyişiklikləklər layihəsində nəzərdə tutulur. Belə ki, qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən, Müşahidə Şurası Bankın Audit Komitəsinin üzvlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, Komitənin əsasnaməsini təsdiq etmək səlahiyyətinə də malik olacaq.

Qeyd edək ki, müvafiq qanun layihəsi Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və payız sessiyasının plenar iclasına tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31