MOK İspaniyada keçirilən beynəlxalq marketinq seminarında təmsil olunub
20 Sentyabr 2018 16:27 İqtisadiyyatİspaniyanın Madrid şəhərində təşkil edilmiş beynəlxalq marketinq seminarı başa çatıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, seminar Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi və Marketinq Televiziya Xidmətləri idarəsi, həmçinin İspaniya Olimpiya Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. Seminarda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsini martketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edib. Tədbirdə 55 ölkədən 70 nəfərə yaxın nümayəndə, rəsmi və qonaq iştirak edirdi. Bu ilki seminara ilk dəfə olaraq Beynəlxalq Paralimpiya Komitəsinin də nümayəndələri dəvət olunublar.
Üzv Milli Olimpiya Komitələri üçün beynəlxalq marketinq seminarı 2016-ci ildə təşkil edilir. Seminarın təşkilində əsas məqsəd Olimpiya Gündəliyi 2020 sənədinin tövsiyyələrinə uyğun olaraq üzv Milli Olimpiya Komitələrinə təmsil olunduqları ölkələrdə marketinq fəaliyətlətini genişləndirməkdə kömək etməkdir. Bu dəfəki seminarın Madriddə təşkilinin əsas səbəbi MOK-a bu şəhərdə fəaliyyət göstərən Olimpiya Yayım Xidməti və Olimpiya Kanalı Xidməti ilə daha yaxından tanış etmək idi.
Tədbir boyu Mehman Kərimov Olimpiya Kanalı Xidmətinin rəhbəri Mark Parkman, BOK-un Kommersiya İnteqrasiyası üzrə vitse-prezidenti xanım Elisabeth Allaman, P&G şirkətinin Kommunikasiya üzrə rəsmisi xanım Kathryn Davies, bir sıra MOK rəsmiləri ilə görüşüb Bakı 2015 Avropa Oyunlarından sonra Azərbaycan Milli Olimpiya Komitəsinin marketinq sahəsində həyata keçirdiyi layihələr və əldə etdiyi uğurlar haqqında danışmış, birgə əməkdaşlığa dair planları müzakirə edib.