Avtomobil sahibləri üçün yeni imkan
18 Sentyabr 2018 15:35 İqtisadiyyatAzərbaycan sığorta sektorunda daim müştərilərin məmnuniyyətini düşünən "AtaSığorta" ASC bu dəfə "Petrollu Kasko" adlı yeni könüllü sığorta məhsulunu təqdim edib. Bu məqsədlə şirkətin baş ofisində media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Yeni məhsul barədə məlumat verən "AtaSığorta" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədov deyib ki, "Petrollu Kasko" məhsulu öz sərfəli şərtləri ilə seçilir. Belə ki, "Petrollu Kasko" məhsulunu əldə edən müştəriyə sığorta olunan avtomobilin dəyərinin 1 faizi həcmində yanacaq hədiyyə edilir. Məhsul bazar dəyəri 10 000 manatdan 80 000 manata qədər avtomobillər üzrə fiziki şəxslərə təklif olunur.
Bildirilib ki, "Petrollu Kasko" məhsulu əldə edərkən avtomobil tam dəyərində sığorta olunur. Məhsulun sığorta tarifi bazar şərtlərinə uyğun olaraq çox sərfəlidir. Məsələn, dəyəri 30 000 manat olan avtomobil üzrə 300 manat dəyərində yanacaq müştəriyə hədiyyə olunur. Orxan Məmmədov deyib ki, hədiyyə olunan yanacağın 50 faizi sığorta müqaviləsi rəsmiləşdirilən zaman, 50 faizi isə 3 aydan sonra müştəriyə təqdim olunur.
Daha sonra yeni "Petrollu Kasko" məhsulunun geniş təqdimat mərasimi keçirilib. Qeyd edilib ki, məhsulun yaranmasında əsas məqsəd fiziki şəxslərə avtomobillərini sığorta etməklə yanaşı hədiyyə almaq imkanı verməkdir. Məhsulu www.atasığorta.az internet səhifəsindən online sifariş etmək mümkündür.
Daha sonra jurnalistləri maraqlandıran suallar cavabıandırılıb.
Qeyd edək ki, "AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.
Süleyman