Şamaxı rayonunun iki kəndinə təbii qaz verilib

Sentyabrın 13-də Şamaxı rayonunun Ovçulu və Bağırlı kəndlərinə təbii qaz verilib.

Sentyabrın 13-də Şamaxı rayonunun Ovçulu və Bağırlı kəndlərinə təbii qaz verilib.

"OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, 200 abonenti olan Ovçulu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 106 metr müxtəlif diametrli metal borularla daşıyıcı,paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

490 abonenti Bağırlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu  5 853  metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 23 831 metr müxtəlif diametrli metal borularla daşıyıcı,paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Hazırda Şamaxı rayonunun Osmanbəyli,Qonaqkənd və Hacıqədirli kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31