DGK 8 ayda 6155 qanun pozuntusu aşkarlayıb
12 Sentyabr 2018 18:40 İqtisadiyyatDövlət Gömrük Komitəsi 2018-ci ilin 8 ayında 6155 qanun pozuntusu aşkar edib."Olaylar"ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.S.Mehdiyev bildirib ki, qeyd olunan qanun pozuntularından 458-i cinayət tərkiblidir.Komitə sədri bildirib ki, bu ilin ilk səkkiz ayında iş adamları tərəfindən elektron gömrük xidmətinə 2 milyondan çox müraciət olunub. Onun sözlərinə görə, elektron gömrük xidmətinin yaratdığı imkanlar barədə daim sahibkarlarla görüş keçirilir, seminarlar təşkil edilir: "Tətbiq edilən elektron xidmətlər gömrük prosedurlarını asanlaşdırır, vətəndaş ilə məmur təmasını minimuma endirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31