Azərbaycanda kartof istehsalı tələbatı iki dəfə üstələyir

Azərbaycanda kartof istehsalı ölkə tələbatını iki dəfə üstələyir. "Olaylar" xəbər verir ki,  bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir qeyd edib ki, cari ildə təqribən 900 min ton kartof istehsal olunub. Bu yaxınlarda kartofa görə gömrük rusumunun artırılmasına münasibət bildirən İ.Kərimov vurğulayıb ki, bu addım yerli məhsulun sabit qiymətini təmin etməyə və yerli istehsalçıların maraqlarını qorumağa xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31