Dünyanın qabaqcıl dövlətləri Azərbaycanın maraqlarına hörmətlə yanaşır
4 Sentyabr 2018 16:17 İqtisadiyyatİndira Şəmsvari: "Artıq Azərbaycan öz iqtisadi gücünə arxalanaraq dünya səviyyəli tədbirlərə ev sahibliyi edir"
"Bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. 2004-cü ildə qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarına bir uğur gətirdi. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi. Və sonraki illərdə də bu Dövlət Proqraminin davamlılığına zərurət yarandığı üçün 2009-2013 və 2014-2018- ci illər üçün Dovlər Proqramınin həyata keçirilməyə başlandı. İlk növbədə, infrastruktur layihələrindən başlanıldı. Çünki bunlar olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Elektrik təsərrüfatımıza böyük investisiyalar qoyuldu. Son 14 il ərzində ölkəmizdə çoxlu sayda elektrik stansiyası tikilmişdir. Regionumuz fasiləsiz enerji ilətəmin olunur. Bölgələrdə, şəhərlərdə, kəndlərdə demək olar ki, qaz ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çoxkəndlərimizdə buprosesdavametdirilir"BufikirləriOlaylar.az-aaçıqlamasında
Azərbaycan Respublikası Prezidentinin Tərəqqi medalı laureatı, "Tərəqqi" SİAİB-ın rəhbəri, Milli Məclis eksperti, Azərbaycan Respublikası Beynəlxalq Humanitar yardım komissiyasının üzvü İndira Şəmisvari bildirib.
İndira Şamisvari bildirir ki, içməli su və kanalizasiya problemləri insanları narahat edən çox ciddi problemlərdən biri idi. "Bu gün bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görüldü. Son 14 il ərzində bölgələrdə su anbarlar tikilib.Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Bu su anbarlarının kənd təsərrüfatının inkişafına çox müsbət təsiri vardır. Suvarılmayan torpaqlar suvarılır,evlərə su gətirilir, fermerlərə, sahibkarlara şərait yaradırılır və kənd təsərrüfatının inkişafına nail olunur.Kəndlərdə fermer təsərrüfatları ilə yanaşı çəltik,meyvə tərəvəz, pambıq və müxtəlif növ ərzaq məhsulları əkilərək vətəndaşlardan elə qapılarındaca satın alınması Dövlər tərəfindən təmin edilir. Sahibkarlar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan fermer təsərrüfatları yaradılır. Kənd təsərrüfatında kooperasiyanın inkişafı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş siyasi qərarlar əsasında həyata keçirilir. Kooperasiya fermerlərə öz məhsullarını "emal-satış" zəncirindən keçirməklə bir başa son istehlakçıya çatdırmağa və real iqtisadi güc qazanmağa imkan verən ideal vasitə sayılır. Satış kooperativləri fermerlər üçün təbii antiinhisar mexanizmi olmaqla ailə təsərrüfatlarının maraqlarını təmin edir, onların istehsal etdikləri məhsulları reallaşdırmaq üçün alternativ satış kanalları formalaşdırır, məhsulların qiymətinin bazar kortəbiiliyinin təsiri altında kəskin enməsinə qarşı sığorta mexanizmləri yaradır. Son 10 ildə ölkədə yüksək kateqoriyalı otellərin sayı 2 dəfə artıb. Yeni otellərin içərisində çox məhşur dünya brendləri də vardır. Artıq regionlarda çoxlu sayda "5 ulduzlu" otellər istifadəyə verilib. Bu proqramda regionlarda turizmin inkişaf etdirilməsi, turizm in-frastrukturunungücləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, məsələlərinə xüsusi diqqət ayrılır".
İndira Şəmsivari qeyd edir ki, Dövlət Proqramının qəbul edilməsi turizmin inkişafına güclü təkan verdi. "Bu vaxta kimi proqramın icrası çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müvafiq layihələr həyata keçirilib. Artıq ölkəmizə çox böyük turist axınının gəldiyini müşahidə edirik. Bu da əhalimizin rifahının yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına və daxili büdcəmizin artmasına rəvac verir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasında turizm tədricən iqtisadi siyasətin ən qabaqcıl istiqamətlərindən birinə çevrilir. Təbiət bizə Azərbaycanın turizm sənayesini beynəlxalq səviyyəyə qaldırmaq üçün bütün imkanları bəxş etmiş, bundan sonrakı işlər isə insanların fəaliyyətindən və bu işə münasibətlərindən asılıdır. Artıq ölkəmiz öz iqtisadi qüdrəti ilə dünya dövlətləri içərisində xüsusi hörmətə malikdir. Dünyanın qabaqcıl dövlətləri Azərbaycanın maraqlarına hörmətlə yanaşır ki, bu da ölkəmizin iqtisadi qüdrətindən irəli gələn məsələdir. İqtisadiyyatın bütün sahələri üzrə illərlə qəbul edilib və icra olunan Dövlət Proqramları iqtisadi gücümüzün artmasına səbəb olub. Artıq Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilmişdir. Ölkəmiz dünyanın qabaqcıl ölkələrində bır sıra iri layihələrin icrasında yaxından iştirak edir. Ölkə iqtisadiyyatının dinamik inkişafının bəhrəsidir ki, artıq Azərbaycan öz iqtisadi gücünə arxalanaraq dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Düşünülmüş iqtisadi siyasətin bəhrəsidir ki, Azərbaycan İslam ölkələri sırasında və Avropada öz iqtisadi göstəriciləri ilə seçilir. Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı logistika və nəqliyyat mərkəzi kimi mövqeyimizin gücləndirilməsi və ölkəmizin çoxşaxəli nəqliyyat daşınmalarına ev sahibliyi etməsinə gətirib çıxaracaqdır. Şəhərdə Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı təmiri, Heydər Əliyev parkında yenidənqurma işləri aparılaraq, 4mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib. Uşaq İncəsənət məktəbi, Gənclər evi,İdman kompleksləri,Şahmat məktəbi,Yeni Azərbaycan Partiyasının binası tikilib. Möhtəşəm Sumqayıt bulvarı artıq açılıb".
"Çoxmənzili çoxmərtəbəli yaşayış binasının istiliklə,yeni liftlərlə təmin olunması üçün müvafiq işlər görülüb. Şəhər İcra hakimiyyəti ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət yetirir. Son dövrlər Sumqayıt şəhərində 100 minlərlə ağac əkilib.Əhaliyə göstərilən nəqliyyat xidməti yaxşılaşdırılmış Sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan müasir avtobuslar gətirilərək xətlərə buraxılıb. Şəhər təhsil müəssisələrində ,baxça və məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, məktəb, uşaq bağçaları ilə bağlı problemlərin aradan qaldırılması sahəsində də mühüm işlər görülüb və hazırda bu istiqamətdə də işlər davam etdirilir. Azərbaycanın gələcəyi olan uşaqlar üçün uşaq bağçaları və məktəblərin dam örtüyü, istilik sistemləri yenidən quraşdırılır.Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizatının yaxşılaşdırılması, sahəsində böyük işlər görülmüş və görülməkdə davam edir. Sumqayıt Kimya Sənaye Parkının tikilməsi üçün 1 milyard dollardan çox xarici və daxili investisiyanın cəlb olunması sayısində burada da minlərlə iş yerləri açılmışdır. Sumqayıt şəhəri bu gün ən gözəl və inkişaf etmiş şəhərlərdən biridir. Prezident İlham Əliyev Sumqayıt haqqinda çox gözəl fikir səsləndirmişdi: "Sumqayıtın inkişafı daim diqqət mərkəzində olacaq".
"Cənab prezidentin yürütdüyü siyasətin yalnız bir məqsədi, amalı vard: Azərbaycanı dünyaya güclü ölkə kimi tanıtmaq. Məhz ölkə başçısısın apardığı bu siyasət nəticəsində yaxın zaman ərzində Azərbaycan uğurlara imza atdı.
Bu gün prezident İlham Əliyevin 2004 -cü ildə başlatdığı regionların sosial iqtisadi inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramı sayəsində bu gün Azərbaycan güclü iqtisadi gücə malikdir. Prezidentin qeyri-neft sektoruna ayırdığı diqqət sayəsində ölkəmiz dünyanın inkişaf etmiş ölkələri ilə birgə rəqabət aparacaq gücə malikdir. Artıq dünyanın aparıc dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdən çəkinmirlər. Ölkəmiz bu gün dünyaya meydan oxuyan ölkələrlə iqtisadi əməkdaşlıq və rəqabət aparır.
Məhz bu cür inkişafın nəticəsində bir sıra dünya əhəmiyyətli istər mədəniyyət, istər sisyasi, istərsə də iqtisadi tədbirlər, forumlar, toplantılar ölkəmizdə keçirilir. Bu cür beynəlxalq tərəfdaşlıq nəticəsində ölkəmiz həm də turizm ölkəsi kimi özünü dünyaya təqdim edir. Xarici ölkə diplomatları ölkəyə səfərləri zamanı onlar Azərbaycanda aparılan yenidənqurma siyasətini dəstəklədiklərini, dünyanın Azərbaycanı artıq güclü bir dövlət kimi tanıdıqlarını dəfələrlə etiraf ediblər".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir