Paytaxtın bu ərazilərinə içməli su fasilə ilə veriləcək

Sentyabrın 5-də gün ərzində paytaxtın 7-ci və 8-ci mikrorayonların, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31