Ölkələrin dollardan imtina etməsinin nəticələri necə ola bilər?

Rusiya, Çin və İrandan sonra bu dəfə də Türkiyə dollardan imtina edəcəyini açıqlayıb. Maraqlıdır, dövlətlərin dollardan imtina etməsinin nəticələri necə olacaq.

İqtisadçı-ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında bu haqda danışıb:

"İndiki zamada hansısa ölkənin dollardan imtina etməsi iqtisadiyyatın intiharına bərabər addım hesab edilə bilər. Zamanla Rusiya və Çin bu cür bəyanatlar verib. Bu cür bəyanatları qeyri ciddi hesab edilməlidir. Çünki beynəlxalq ticarət, xüsusən də İranın zəngin olduğu karbohidrat ehtiyyatların ticarəti ilə bağlı qərarda alış və satışın dollarla həyata keçirilməsi nəzərdə tutulub". 

Bu gün dolların dünya valyutası rolunu oynadığını deyən iqtisadçı bildirib ki, Rusiya da özlüyündə belə qərar versə də, dollardan imtina etmək fikrində deyil. Rusiya prezidenti Vladimir Putinin bəyanatı da bunu deməyə əsas verir:

"ABŞ konqresinə belə bir qanun layihəsi təqdim edildi ki, Rusiya banklarınıın dollardan istifadəsinə qadağa qoyulsun . Rusiya prezidenti Vladimir Putin dərhal belə bir bəyanat verdi ki, bu addım beynəlxalq qanunlara ziddir. Hesab edirəm ki, Türkiyə və İranın bu bəyanatı sadəcə olaraq siyasi xarakter daşıyır. Bir müddət öncə dollardan imtina edəcəklərini deyən rəsmi Moskva belə addım atmaqla siyasi maskanı açmış oldu. İqtisadi baxımdan belə qanunların qəbulu ciddi fəsadlar verə bilər. Nəticədə İranla ticarət əməkdaşlığı olan ölkələr bundan imtina edə bilərlər. İranın əsas ixrac potensialı karbohidrogen ehtiyyatlarıdır. Buna baxmayaraq dünya iqtisadiyytı İrandan imtina etməklə də özünün karbohidrogen ehtiyyatlarını qarşılaya bilər. Bu o deməkdir ki, İranın dollardan imtina etməsi dünya iqitisadiyyatı üçün hər hansı itki verməyəcək. Bu ölkələrin dollardan imtinası Azərbaycan üçün o qədər də ciddi təsirlər yaratmayacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31