Azərbaycan şərabları mükafata layiq görülüb
4 Sentyabr 2018 16:27 İqtisadiyyatAzərbaycan şərabları Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən "6-cı Çin-Avrasiya" Sərgisində mükafatlandırılıb. "Olaylar" xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qabaqcıl şərab istehsalçıları dünyanın nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilən "İnternational Wine Challenge" müsabiqəsi çərçivəsində "Şanxay Beynəlxalq Şərab Yarışın"da iştirak ediblər. Müsabiqə qaydalarına uyğun olaraq, Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31