Azərbaycan meyvələrini Rusiyaya buraxmadılar
24 İyul 2018 17:44 İqtisadiyyatTəxminən 51 ton bitkiçilik məhsulu Rusiya Federasiyasının ərazisinə buraxılmayıb.
Məhsullar Dağıstanın dövlət müfəttişləri tərəfindən "Yaraq-Qazmalar" keçid məntəqəsinə saxlanılıb.
Buna səbəb kimi məhsulların zərərli viruslara yoluxması göstərilib.
Qadağan olunmuş məhsullar arasında 2,5 ton armud, 14,5 ton nektarin, bir ton gavalı və alma, o cümlədən 17 ton şaftalı və 15 ton tütün xammalı olub.
Məhsullar Azərbaycana qaytarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31