Azərbaycan-İsveçrə əlaqələri inkişaf edir

Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı hər il İsveçrədə keçirilən Davos Forumunda və digər mühüm tədbirlərdə iştirak edir. Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları və digər tədbirlər keçirilir, iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilir. 2019-cu ilin əvvəlində İsveçrədə Komissiyanın  VIII iclasının keçiriləcəyi gözlənilir. 

Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycan bankçılıq və maliyyə sahəsində  SECO (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) və SDC (Əməkdaşlıq və İnkişaf Agentliyi) ilə geniş əməkdaşlıq həyata keçirir. Belə ki SECO ilə 38 layihə, SDC ilə isə 16 layihə icra olunur. İsveçrə isə Azərbaycana 730 milyon dollara yaxın, Azərbaycan tərəfindən İsveçrəyə 1,2 mlrd. dollar investisiya yatırıb. SOCAR İsveçrədə uğurla fəaliyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 40%-dən çox artım deməkdir. Bu il də artım tendensiyasi davam edir və bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 80%-dən çox artıb.

Bu yaxınlarda İqtisadiyyat Nazirliyi tərəfindən İsveçrəyə təşkil olunmuş ixrac missiyası çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın fındıq məhsullarının İsveçrəyə ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu sahədə Azərbaycanın potensialı böyükdür və ölkəmiz əsas fındıq ixracatçılarındandır. Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialı barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, İsveçə şirkətləri Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada fəaliyyət göstərə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31