"Azərsu": "Kanalizasiya xətləri problemsiz işləyir"
Ölkənin bəzi ərazilərinin elektrik enerji təchizatında problem yaranması kanalizasiya xətlərinin işində problem yaratmayıb. Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
4 İyul 2018 14:25 İqtisadiyyatÖlkənin bəzi ərazilərinin elektrik enerji təchizatında problem yaranması kanalizasiya xətlərinin işində problem yaratmayıb.
Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, hazırda kanalizasiya xətləri normal işləyir: "Kanalizasiya xətlərində heç bir problem yoxdur. Bütün nasos stansiyalarımız elektrik enerjisi ilə təmin olunur, yaranan çirkab suları və tullantıları lazımi səviyyədə kənarlaşdırılır".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31