Dollar qisasa hazırlaşır: Yeni böhran gəlir
4 İyul 2018 13:34 İqtisadiyyatDünya fond bazarlarında 1997-1998-ci ilin dünya böhranı təkrarlana bilər.
Bu barədə məlumatı "Bank of Amerika"nın ekspertləri yayıb. Bankın ekspertlərinin fikrincə, inkişaf etməkdə olan bazarlar güclü dolların təzyiqləri nəticəsində dağılacaq, eyni anda isə yüksək texnologiyalı şirkətlərin aksiyaları bahalaşacaq.
Qeyd edək ki, 1997-ci ilin maliyyə böhranı Cənub-şərqi Asiyadan başlayıb və sonradan təsirini bütün dünyaya göstərib. Böhrandan ən çox əziyyəti Tailand, İndoneziya, Malaziya, Cənubi Koreya kimi ölkələr çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31