“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 106 642 istehlakçıya xidmət edib.
3 İyul 2018 12:53 İqtisadiyyatSOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
"OLAYLAR" İstehsalat Birliyinə istinadən xəbər verir ki, cari ilin altı ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal", 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə və "ASAN səyyar" xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba,Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 106 642 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub.