Azərbaycandan Çinə ixrac CPEC layihəsi hesabına həyata keçirilə bilər

"CPEC (China Pakistan Economic Coridor - Çin-Pakistan iqtisadi dəhlizi) layihəsi Azərbaycan üçün də önəmlidir. Çünki bu layihə ilə Azərbaycan Çinə öz mallarını göndərə bilər".

"CPEC (China Pakistan Economic Coridor - Çin-Pakistan iqtisadi dəhlizi) layihəsi Azərbaycan üçün də önəmlidir. Çünki bu layihə ilə Azərbaycan Çinə öz mallarını göndərə bilər".

Bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, Həştərxandan başlayaraq mallar Azərbaycan, İran və Pakistan vasitəsilə birbaşa Çinə göndərilə bilər: "Biz eyni zamanda əsas dəniz limanı olan Qvadar limanını da genişləndiririk. 2025-ci ilə qədər bu liman daha çox və daha böyük gəmiləri qəbul edə bilər. Eyni zamanda Azərbaycanı Pakistanla və Mərkəzi Asiya ilə birləşdirən "Lapiz Lazzuri" dəmir yolu və Aşqabat sazişi üzrə yaradılan nəqliyyat dəhlizi mövcuddur. Bütün bu layihələr Azərbaycan üçün önəmli ola bilər". 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31