"Rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,7 min nəfərdir"
3 İyul 2018 12:29 İqtisadiyyat"Bu ilin iyunun 1-ə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı 5,1 milyon nəfər olub ki, onlardan 4,9 milyon nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib".
Bunu Azərbaycan Respublikasının Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunda çıxış edərkən deyib.
O bildirib ki, həmin dövrdə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,7 min nəfər olub: "Onların 36,7 faizini qadınlar təşkil edib. İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin məbləği 347,4 manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə rəsmi işsiz statusuna malik olanların sayında azalma müşahidə olunur".
ASK prezidenti qeyd edib ki, bu gün dünya əhalisinin sayı artır, işsizlik səviyyəsi isə hələ də 2008-ci il maliyyə böhranından əvvəlki səviyyədən yüksəkdir.
SİA