"Gənclər arasında işsizlərin sayının artması problemlər sırasındadır"
3 İyul 2018 12:28 İqtisadiyyat"Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasəti" Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üçün də önəmlidir. Gənclər arasında işsizlərin sayının artması problemlər sırasındadır".
Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunda çıxış edərkən deyib.
O bildirib ki, məşğulluq problemin ilə bağlı narahatlıqların olduğunu deyən C.Alxasov söyləyib ki, iş yerlərində vakansiya, kadrların sayı ilə əlaqədar çatışmazlıqlar mövcuddur: "Azərbaycanda ümumilikdə işsizlik norma səviyyəsindədir. İşsiz gənclərin 60,2 faizi istədikləri işi gözlədikləri üçün məşğulluqdan kənarda qalıblar. Bu baxımdan dövlət məşğulluq xidmətləri ilk olaraq peşəkar kadrlar malik olmalı və bu istiqamətdə portal yaradılmalıdır".
Məşğulluqla bağll portalın media vasitəsilə əhaliyə çatdırılmasının vacibliyini qeyd edən AHİK rəsmisi vurğulayıb ki, işlə bağlı elanları sosial şəbəkələrdə geniş şəkildə yayımlanmalıdır: "Bu, işsiz əhalinin işlə bağlı məlumat almasına yardım göstərəcək. Məşğulluq mərkəzləri gənclərin, qadınların, əlillərin işlə təmin olunmasına yardımçı ola bilərlər. azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanan" 2016-2020-ci illər" üçün əmək proqramı çərçivəsində həyata keçiriləcək pilot subsidiya layihəsinin mahiyyəti ali, orta ixtisas məktəblərini bitirən gənclərə dəstək verməkdir. Ölkəmizdə "Məşğulluq haqqında" qanun da qəbul olundu. Düşünürük ki, sosial tərəfdaşlarımızla birgə qanunda nəzərdə tutulan məsələlər tezliklə həll olunacaq".
SİA