Hadi Rəcəbli: "Gənc kadrların irəli çəkilməsi qarşıya qoyulan vəzifədir"

"Azərbaycanda əhalinin təbii artımı təxminən 1,2-dir. Bu da məntiqi olaraq, təxminən 100 minə yaxın iş yerinin yaradılmasını tələb edir".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunun açılışında deyib.

Onun sözlərinə görə, son 15 ildə ölkədə məşğulluq problemi önə çəkilib.

H.Rəcəbli əlavə edib ki, məşğulluq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi ölkə Prezidentinin diqqət mərkəzindədir: "Biz yalnız hüquqi bazanın təkmilləşdirilməsində sahəsində iş aparmırıq.İcra strukturlarında daha gənc, enerjili kadrların irəli çəkilməsi qarşıya qoyulan vəzifədir".

Komitə sədri əlavə edib ki, "İşsizlikdən sığorta haqqında" qanunun qəbulu çox vacib idi: "Bu qanun qəbul edildikdən sonra işsizlikdən sığorta ilə bağlı büdcəni təsdiq etdik. Büdcə 89 milyon manat müəyyənləşdiildi. Bunun da 35 milyon manatını özünə məşğulluğa yönəltmək nəzərdə tutuldu".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31