Baş nazir yanında pambıqçılığın inkişafına dair müşavirə keçirilib
Bu gün Baş nazir Novruz Məmmədovun yanında pambıqçılq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib.
22 İyun 2018 18:27 İqtisadiyyatBu gün Baş nazir Novruz Məmmədovun yanında pambıqçılq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müşavirənin yekununda Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31