"Bakıda ticarət qovşağının inkişafı regional iqtisadiyyatın artımına xidmət edəcək"

Bakıda ticarət qovşağının inkişafı təkcə Azərbaycanın yox, həm də regional iqtisadiyyatın artımına xidmət edəcək.

Bakıda ticarət qovşağının inkişafı təkcə Azərbaycanın yox, həm də regional iqtisadiyyatın artımına xidmət edəcək.

Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

T.Ziyadovun sözlərinə görə, istənilən ticarət marşrutunda bir sahənin inkişafı digər sahələrə də təsirini göstərir:

"Biz effektiv ticarət qovşağı modeli yaratmışıq. Biz ticarət limanı tikdik, amma başa düşdük ki, azad ticarət zonası olmadan liman çox effektiv olmayacaq. Ona görə də biz azad ticarət zonası yaradırıq və artıq müvafiq qanunlar qəbul etmişik. Bu, işgüzar modeldir və biz qonşularımızdan bundan istifadə etməyə çağırırıq".

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31