Ukraynada Azərbaycan Ticarət Evi açılır
Sabah Ukrayna paytaxtında Azərbaycan Ticarət Evinin açılışı olacaq.
21 İyun 2018 18:53 İqtisadiyyatSabah Ukrayna paytaxtında Azərbaycan Ticarət Evinin açılışı olacaq.
Bu məqsədlə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Ukraynaya səfər edəcək.
Açılış mərasimində iki ölkənin hökumət nümayəndələri, sahibkarlar iştirak edəcəklər.
Qeyd edək ki, bu, Azərbaycanın xaricdə açılan ikinci ticarət evi olacaq. İlk Azərbaycan Ticarət Evi 2017-ci ilin may ayında Minskdə açılıb.
Daha bir ticarət evinin Şanxayda açılması gözlənilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31