Regional proqramlar dağ rayonlarının infrastrukturunu yaxşılaşdırıb

14 ildir ki, ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanın simasını başdan-başa dəyişib desək yanılmarıq. 2004-cü ildən etibarən ölkədə həyata keçirilən tədbirlər, Dövlət Proqramları çərçivəsində görülən işlər, əldə olunan müsbət nəticələr belə deməyə əsas verir.

14 ildir ki, ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanın simasını başdan-başa dəyişib desək yanılmarıq. 2004-cü ildən etibarən ölkədə həyata keçirilən tədbirlər, Dövlət Proqramları çərçivəsində görülən işlər, əldə olunan müsbət nəticələr belə deməyə əsas verir.

Regional proqramların ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, bu proqramların icrası ölkənin dörd bir tərəfini, şimaldan cənuba, şərqdən qərbə hər bir zonanı dəyişdi, abadlaşdırdı, yeniləşdirdi. Xüsusilə onu qeyd etmək lazımdır ki, regional proqramlar dağ rayonlarında da inkişafa, tərəqqiyə səbəb olub. Hər halda ötən illər ərzində ən ucqar dağ rayonlarında belə görülən işlər, əldə edilən nəticələr, yaradılan infrastruktur bunu təsdiqləyir.

Respublikanın hər bir bölgəsində olduğu kimi Göygöl rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. Ötən illər ərzində Dövlət Proqramlarının icrası çərçivəsində rayonda infrastruktur yaradılıb, əhalinin kommunal problemlərinin həlli istiqamətində məqsədyönlü addımlar atılıb, işsizlik problemi minimuma endirilib, əhalinin məşğulluq səviyyəsi artıb. İndiyə qədər icra edilən iki Dövlət Proqramı kimi üçüncü Dövlət Proqramı çərçivəsində də Göygöl rayonunda kifayət qədər işlər görülüb.

Məlumat üçün qeyd edək ki, Göygöl rayonu Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Rayonun bənzərsiz təbiəti olmaqla zəngin florası və faunası var. Rayon şimalda Gəncə şəhəri və Samux rayonu ilə, şərqdə Goranboy rayonu ilə, cənubda Kəlbəcər rayonu ilə, cənubu-qərbdə Daşkəsən rayonu ilə, qərbdə Şəmkir rayonu ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 55 km, qərbdən şərqə 36 km uzanır. Göstərilən sərhədlər daxilində Göygöl rayonunun sahəsi 935,7 kv.km, əhalisi isə 63 minə yaxındır. Göygöl rayonu inzibati rayon kimi 1930-cu ilin avqust ayında təşkil olunub.

27 inzibati ərazi dairəsinin tərkibində 1 şəhər (Göygöl şəhəri), 5 qəsəbə (Xanlar, Qızılqaya, Hacıməlik, Aşağı Zurnabad, Firuzabad qəsəbələri) və 39 kənd mövcuddur. Rayonda 25 bələdiyyə fəaliyyət göstərir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq, əkinçilik və üzümçülüklə məşğul olur.

Rayon ərazisindən Gəncə-Daşkəsən və Bakı-Tblisi magistral avtomobil yolları keçir. Rayon mərkəzindən 15 km məsafədə Gəncə dəmir yolu stansiyası, 12 km məsafədə isə Gəncə hava limanı yerləşir. Respublikamızın paytaxtı Bakı şəhəri ilə rayon mərkəzi arasındakı məsafə 364 km-dir.

Məşhur Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir, Quşqara, Gəncə və Kürək çayları rayon ərazisindən keçir. Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir.

Qeyd etdiyimiz kimi Regionların sosial-iqtisadi  inkişafına dair Dövlət Proqramının üçüncü mərhələsi də Göygöl rayonunda uğurla icra edilməkdədir. Dövlət proqramı çərçivəsində rayonda görülən işlər müntəzəm olaraq müzakirə edilir, qarşıdakı vəzifələr müəyyənləşdirilir. 

Belə ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olunub.  Müşavirədə  Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqalların, ziyalıların nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirib ki, 2018-ci ilin birinci rübündə dünya iqtisadiyyatında böhranlı vəziyyətin davam etməsinə baxmayaraq, ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasətinin, gələcəklə bağlı mükəmməl proqramların icrasının və xalq-iqtidar birliyinin nəticəsi olaraq  Azərbaycan öz inamlı inkişafını davam etdirib. Bu gün Azərbaycan heç kimdən asılılığı olmayan, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və  Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən, xalqın iradəsinə və milli maraqlara söykənən dövlət siyasətinə alternativ yoxdur.
Ümumilikdə, 2018-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Göygöl rayonu üzrə təmiri nəzərdə tutulmuş 8 çoxmənzilli binalardan 1-nin F.Kərimzadə küçəsində dam örtüyü dəyişib, M.Ə.Rəsulzadə küçəsində olan   1 binanın fasad hissəsi suvanıb. Hazırda Qızılqaya qəsəbəsində 1 binanın dam örtüyündə, və 2 binanın fasad divarında isə suvaq işləri davam etdirilir.   
Göygöl-Aşıqlı-Toğanalı və Çaylı-Pənahlılar-Dozular  kədlərarası avtomobil yollarının tikintisinə başlanılmış hazırda işlər davam etdirilir.  Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu üçün inzibati bina tikilib. 

 

Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramının üçüncü mərhələsi çərçivəsində  rayonda çoxsaylı iş yerləri açılıb ki, bu da işsizlik səviyyəsinin aşağı düşməsi, məşğulluğun artmasına təkan verib.

Statistikaya nəzər salsaq görərik ki, regional proqramın üçüncü mərhələsi çərçivəsində, 2018-ci ilin birinci rübü ərzində rayonda 291 yeni iş yerləri açılıb,  bunun da 116-ı daimidir. 
2018-ci ilin birinci rübündə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 41 milyon 209,2 min manat, ondan  23 milyon 914,5 min manatı 58,0 faizi istehsal sahələrini, 17 milyon 294,7 min manatı, 42,0 faizi xidmət sahələrini təşkil edib. Adambaşına 522,2 manat dəyərində məhsul istehsal olunub.
Kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusilə də pay torpaqlarından təyinatı üzrə səmərəli istifadə olunmasına, torpaqların təyinatının dəyişdirilərək qanunsuz tikililər aparılmasının və digər məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasına nəzarət gücləndirilib. 2018-ci ilin birinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2561,4 min manat çox olmaqla 11 milyon 322,2 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşür. 
Heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədi ilə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə 50 faiz güzəştlə lizinq yolu ilə son 4 ildə satılmış cins mal-qaranın sayı 174 başa çatdırılıb. Eyni zamanda 2018-ci ilin birinci rübündə süni mayalanma yolu ilə 113 baş cins bala alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 5,2 ton, ət istehsalı  473,7 ton, yumurta istehsalı 6,0 min ədəd artıb. Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 48 ədəd   subartezian quyusu, qapalı boru şəbəkəsinin 1 km, beton kanalların isə 2 km  hissəsi təmir edilib, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında  53 min kub metr həcmində təmizləmə işləri görülüb.

Cari ilin birinci rübü ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 876,2 min manat proqnoza qarşı 993,0 min manat və ya 113,3 faiz, büdcənin xərcləri isə 1 milyon 366,4 min manat proqnoza qarşı 979,4 min manat və ya 89,6 faiz  icra edilib.    
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2018-ci ilin 3 ayı ərzində 861 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınıb, onlardan 216 nəfəri münasib iş yerləri ilə təmin olunub. 
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2018-ci ildə elektrik təsərrüfatında 48,4 min manat dəyərində təmir-bərpa quraşdırma işləri aparılıb, 18 ədəd müxtəlif güc transformatorları təmir edilib, 6,7 km elektrik veriliş xətti çəkilib, qəza vəziyyətində olan 111 ədəd elektrik dayaqları  yenisi ilə əvəz olunub. Əhali üzrə istehlak olunan elektrik enerjisinin həcmi 8 milyon 622,0 min kvt saat təşkil edib, ödəniş 98,2 faiz yerinə yetirilib.  

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində əhalinin təbii qaza olan tələbatının ödənilməsi istiqamətində də Göygöl rayonunda kifayət qədər işlər görülüb. Belə ki, əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə 30 ədəd qaz tənzimləyici şkaflar və 302 ədəd siyirtmələr əsaslı təmir edilib, tikintisi davam etdirilən Qızılca kəndində 621 p/m, Yeni Qızılca kəndində 11266 p/m müxtəlif diametrli qaz xətləri çəkilib, 51 ədəd qaz sayğacları quraşdırılıb. Rayonun yaşayış məntəqələrini qazlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında Kərəmli kəndində 4200 p/m, Şəhriyar kəndində 1680 p/m müxtəlif diametrli qaz xətləri çəkilib.       

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31