Koreya birjasına kiberhücum bitkoini kəskin ucuzlaşdırıb

Cənubi Koreya birjasına kiberhücumdan sonra dünyanın aparıcı kriptovalyutalarından sayılan birkoin ötən həftənin sonu 11% ucuzlaşıb. Son nəticədə onun builki dəyər itkisi 50%-i keçib.

 Cənubi Koreya birjasına kiberhücumdan sonra dünyanın aparıcı kriptovalyutalarından sayılan birkoin ötən həftənin sonu 11% ucuzlaşıb. Son nəticədə onun builki dəyər itkisi 50%-i keçib.

Buna baxmayaraq, bitkoin sahibləri ümidlərini itirmirlər. İndi bu kriptovalyuta 6 790 ABŞ dollarından ticarət olunur ki, bu da onun ötən il qeydə alınmış qiymətindən 2 dəfə çoxdur. 

Bitkoinlə yanaşı, "Ethereum" və "Ripple"ın da qiyməti 10% azalıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31