Azərbaycanda ötən ay mənzillərin kirayəsi bahalaşıb

Azərbaycanda mənzillərin orta aylıq kirayə haqqı may ayında artmağa başlayıb.

Azərbaycanda mənzillərin orta aylıq kirayə haqqı may ayında artmağa başlayıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Rəsmi statistikaya əsasən, mayda mənzillərin orta aylıq kirayə haqqı əvvəlki ayla müqayisədə 0,4% artıb. Mayda orta aylıq xidmət haqqı 95,72 manat təşkil edib.

Xatırladaq ki, 2018-ci ilin yanvar ayında xidmət haqqı 0,1% bahalaşsa da, fevral-mart ayları ərzində qiymət sabit qalıb, daha sonra aprel ayında isə 0,2% ucuzlaşma qeydə alınıb. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31