Dünya Bankı: "yeni qlobal iqtisadi böhran gözlənilir"

Dünya Bankının (DB) proqnozlarına görə, yaxın illərdə yeni qlobal iqtisadi böhran gözlənilir. Virtualaz.org xəbər verir ki. bu barədə DB-nin “Qlobal iqtisadi perspektivlər” icmalında deyilir.

Dünya Bankının (DB) proqnozlarına görə, yaxın illərdə yeni qlobal iqtisadi böhran gözlənilir. Virtualaz.org xəbər verir ki. bu barədə DB-nin "Qlobal iqtisadi perspektivlər" icmalında deyilir.

İcmalda bildirildiyinə görə, yaxın iki il ərzində qlobal sarsıntılar gözləməyə dəyməz, lakin 2019-cu ildən sonra vəziyyət dəyişə bilər. Bunun səbəbi isə dünya üzrə iqtisadiyyatın artım sürətinin zəifləməsidir.

Belə ki, 2017-2018-ci illərdə dünya iqtisadiyyatı orta hesabla illik ÜDM-nin 3,1%-i həcmində artmışdısa, 2020-ci ildə bu göstərici 2,9%-ə enəcək.

DB xatırladır ki, iri maliyyə böhranları təxminən hər 10 ildən bir baş verir. Sonuncu dəfə bu, 2009-cu ildə qeydə alınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31