Əmlak Komitəsi: “Torpaqlardan mütləq istifadə olunmalıdır”

"Torpaqlardan mütləq istifadə olunmalıdır".

"Olaylar" xəbər verir ki, bunu Milli Mclisdə keçirilən təqdimatda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib. Sədr müavini qeyd edib ki, xüsusilə, kənd təsərrüfatı təyinatlı torpaqlar istifadə edilməlidir: "Bu məsələdə "mən istifadə edirəm, ya etmirəm" ola bilməz. Torpaqlar istifadə olunmalıdır, xüsusilə, kənd təsərrüfatı təyinatlı torpaqlar. Torpaqlara da aqrotexniki qulluq mütləq şəkildə edilməlidir". Komitə sədr müavini artıq bəzi bölgələrdə, 44 rayonda istifadə edilməyən torpaqların geri alındığını və yeni istifadəçilərə, icarədarlara verildiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31