Zaqatala sahibkarlarının investisiya layihələrinin qəbuluna start verilib
30 May 2018 15:36 İqtisadiyyatİqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Zaqatala rayonunda işgüzar forum keçirib.
Nazirlikdən "OLaylar"a bildirilib ki, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Zaqatala rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: kənd turizmi və otelin yaradılması; tütünçülük, çayçılıq, bağçılıq təsərrüfatlarının yaradılması; tütün emalı və quru tütün saxlanılması üçün anbar, fındıq və çay emalı, çörək istehsalı müəssisələrinin yaradılması. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.