Regional proqramlar Mingəçevirdə uğurla icra edilir
22 May 2018 17:17 İqtisadiyyatArtıq 14 ildir ki, Azərbaycanda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilir. Dövlət Proqramlarının icrası müddəti ərzində respublikanın ayrı-ayrı bölgələrində görülən işlər, həyata keçirilən tədbirlər, eləcə də əldə edilən nıəticələr belə deməyə əsas verir. Dövlət Proqramlarının icrası müddətində respublikanın bütün bölgələri simasını başdan-başa dəyişib desək yanılmarıq. Bu mənada Mingəçevir şəhəri də xüsusi qeyd edilməlidir.
Ümumiyyətlə, hər bir Dövlət Proqramı çərçivəsində görülən işlər Mingəçevir şəhəri üçün uğurlu olub. Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün şəhər ərazisində 33 yarımstansiya, 140 TM fəaliyyət göstərir. Onlardan daşbina qapalı tipli TM sayı 56 ədəd, KTP tipli transformator məntəqələrinin sayı 84 ədəddir. Transformatorların ümumi sayı 163 ədəd, ümumi gücü 145523Kva-dır. 2012-ci ilin altı ayı ərzində 6 kv-luq hava xətlərində 3400 metr zədəli naqillər dəyişdirilib, 500 metr SİP kabel, yeni 6 kv-luq APvPUQ 1x120-1035 metr yeni kabel çəkilib, 6 ədəd yarımstansiyada təmir işləri aparılıb, 1960 kq transformator yağı dəyişdirilib, 29 ədəd yeni tipli rubilnik və şəhər ərazisində 239 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb.
Mingəçevir şəhəri üzrə qaz xəttlərinin ümumi uzunluğu 388 km, o cümlədən orta təzyiqli qaz xətlərinin uzunluğu 99 km, aşağı təzyiqli 289 km təşkil edir. Mingəçevir Qaz İstismarı Sahəsi şəhər sakinlərini hər zaman fasiləsiz təbii qazla təmin edib. Bu dövr ərzində 227 fərdi evə qaz xətlərinin çəkilişi başa şatdırılıb, şəhər ərazisində ayrı-ayrı ünvanlarda müxtəlif ölçülü 9169 p/m daşıyıcı və paylayıcı küçə qaz xəttləri çəkilib, 394 ədəd sayğac quraşdırılmış, qaz tənzimləyici qurğularda cari təmir işləri aparılıb.
Mingəçevir Sukanal idarəsinin xidmət göstərdiyi 175 km su və 146 km kanalizasiya şəbəkəsi 50 ildən artıqdır ki, fasiləsiz istismar olunur. Hazırda bu sahə Dövlət Proqramına uyğun yenidən qurulur. 6 ayda 10 km yeni kanalizasiya xətti çəkilib, 7 km uzunluğunda su borusu yenisi ilə əvəz olunmuşdur. Bu sahədə əsaslı yenidənqurma işləri davam edir.
Mingəçevir Telekommunikasiya qovşağı üzrə ATS-in ümumi tutumu 21480 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı isə 20944 ədəddir. Bütün EATS-də ümumi tutumu 3544 port olan geniş zolaqlı internet xətti (ADSL) quraşdırılaraq şəhər üzrə ADSL istsfadəçilərinin sayı 2750 nəfərə çatmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Gələcəkdə görüləcək infrastruktur layihələri də kifayət qədərdir. Şəhərin bir sıra yaşayış massivlərinin qazlaşdırılmasının sürətləndirilməsi, şəhərin istilik təsərrüfatına aid qazanxanaların modernləşdirilməsi və yenisinin tikintisi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası, Mingəçevirin elektrik sisteminin yenidən qurulması, şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, şəhərin bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlanması, şəhərin mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi, qaçqın və məcburi köçkünlər üçün əlavə yaşayış binalarının tikintisinin başa çatdırılması, Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binasının tikintisi bu sıraya daxildir. Eyni zamanda Az.İES yaşayış massivində tikintisi yarımçıq qalmış 1296 yerlik yeni məktəb binasının inşasının sürətləndirilməsi, "Mingəçevir kəndi" yaşayış massivində tikintisi yarımçıq qalmış 50 yerlik uşaq bağçasına yeni binanın inşasının başa çatdırılması, məcburi köçkün ailələri yeni binalarda yerləşdirildikdən sonra şəhərin 16 tam orta məktəbinin və uşaq bağçalarının əsaslı təmiri, 20 şöbə, 570 çarpayılıq, 4 üçmərtəbəli korpus və 2 birmərtəbəli laboratoriya təsərrüfat binalarından ibarət olan şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmiri, çoxfunksiyalı Mədəniyyət Mərkəzinin tikintisinin sürətləndirilməsi
"Dostluq" parkının yeni layihə əsasında yenidən qurulması kimi qarşıda duran mühüm vəzifələr var.
Bu mənada cari ilin birinci rübü də Mingəçevir şəhəri üçün uğurlu olub. Regional proqramlar çərçivəsində şəhərdə kifayət qədər işlər görülüb.
Qeyd edək ki, aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Cənab Prezident iclasda etdiyi giriş nitqində bu ilin I rübündə dövlətimizin uğurla inkişaf etdiyini, qarşımızda duran bütün vəzifələrin artıqlaması ilə yerinə yetirildiyini və ölkəmizin gücləndiyini bildirdi.
Çıxışda I rübdə Azərbaycan iqtisadiyyatının 2,3 faiz, qeyri-neft sektorunun 3 faiz, kənd təsərrüfatının 4,2 faiz, xarici ticarət dövriyyəsinin 31 faiz artdığı, 34 min yeni iş yerlərinin yaradıldığı vurğulandı və sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlərin görüldüyü qeyd edildi.
"2018-ci ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının vəziyyəti və qarşıda duran vəzifələr"ə dair hesabata, statistik göstəricilərə nəzər yetirdikdə, şəhərin sosial-iqtisadi həyatında ciddi irəliləyişlərin əldə edildiyinin şahidinə şevrilirik.
Məlumat üçün qeyd edək ki. Nazirlər Kabinetinin iclasındakı yekun nitqində növbəti dövr üçün prioritetlərin dəyişməz olaraq qaldığını vurğulayan ölkəmizin başçısı, Azərbaycanda dayanıqlı uzunmüddətli inkişafın təmin edilməsi üçün bütün sahələrdə islahatların aparılacağını qeyd etdi. Sənaye Parklarının yaradılmasının artıq gözəl nəticələr verdiyini deyən cənab Prezident, onların arasında Mingəçevir Yüngül Sənaye Parkını xüsusilə qeyd etdi və növbəti aylarda yeni müəssisələrin yaradılması ilə bağlı təklifləri gözlədiyini bildirdi. Cənab Prezident çıxışında Mingəçevirin ancaq sənaye və turizm şəhəri kimi inkişaf etməsi ilə bağlı çox önəmli addımların atıldığını qeyd etdi.
Dövlət başçısı yerlərdə yeni iş yerlərinin açılması, sahibkarlığın və turizmin inkişafı, infrastruktur layihələrinin icrası, özünüməşğulluq proqramının əhatəsinin genişlənməsi, strateji yol xəritələrinin icrasından irəli gələn vəzifələrin sürətləndirilməsi, investisiyaların cəlb edilməsi və sair kimi mühüm tapşıqırlar verdi.
Qətiyyətlə demək olar ki, dövlət başçısının verdiyi bütün tövsiyə və tapşırıqlar, eləcə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Mingəçevir şəhərində uğurla icra edilir. Eyni zamanda dövlət başçısının tapşırıq və tövsiyələri şəhər İcra Hakimiyyəti rəhbərliyi, eləcə də sahibkarlıqla məşğul olan iş adamları qarşısında mühüm vəzifələr qoyur.
Qeyd edək ki, Mingəçevir şəhərində beynəlxalq təcrübənin tətbiq edilməsi baxımından da mühüm addımlar atılır, işlər görülür. Bu mənada yaradılan xarici əlaqələr xüsusi əhəmiyyət daşıyır. Xüsusilə. Mingəçevir şəhəri İsrail dövlətinin ayrı-ayrı şəhərləri ilə yaxın əlaqələr qurur. Məlumat üçün qeyd edək ki, bu ilin 2-7 yanvar tarixlərində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti İsrailə rəsmi səfər edib. Səfərdə əsas məqsəd qardaşlaşmış şəhərlər olan İsrailin Afula şəhəri ilə Mingəçevir şəhəri arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan nümayəndə heyətinin İsrailə səfəri hər iki ölkənin xarici işlər nazirliklərinin dəstəyi və "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Nəzərə alsaq ki, həm Dövlət Proqramları, həm də prezidentin tapşırıq və tövsiyələrində sənaye zonalarının yaradılması əsas diqqət mərkəzində saxlanılır, bu mənada Mingəçevir rəhbərliyinin İsrailə səfəri, oradakı sənaye zonaları ilə tanışlıq xüsusi əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edək ki, səfərin ikinci günü sənaye zonalarına baxışla başlayıb. Mingəçevirin nümayəndə heyəti Afulanın vitse-meri Mixail Barkanın müşayəti ilə Alon İsrael sənayə zonasını ziyarət edib, burada "Tosaf" və "Pazkar" müəssisələrinin fəaliyyəti ilə tanış olublar. Həmin müəssisələrin rəhbərliyi ilə keçirilən görüş zamanı Niyazi Bayramov Mingəçevir şəhərində yaxın vaxtlarda Texnoloji Parkın fəaliyyətə başyacağı barədə ətraflı məlumat verib və bu şirkətlərin filiallarının Mingəçevir Texnoloji Parkında açılması, onların məhsullarının Mingəçevirdə istehsalının təşkil olunmasını təklif edib. Mingəçevir rəhbərinin təklifi maraqla qarşılanıb və ətraflı müzakirə olunub.
Göründüyü kimi, Mingəçevir öz inkişaf dövürünü yaşayır. Həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçirilən tədbirlər şəhərin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Elə 2017-ci ildə də əldə edilmiş nəticələr də Mingəçevirin ümumi inkişafına böyük töhfə verib. Nəzərdə tutulan bütün sosial proqramlar icra edilib, aparılan islahatlar davam etdirilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir