Komitə sədri: “Bu ilki büdcədə maliyyə sıxıntısı olmayıb”
“2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş bütün məsələrin həlli istiqamətində cənab prezidentin tapşırığı ilə mühüm işlər həyata keçirilib. Dövlət büdcəsinin əsas parametrləri təmin edilib”.
22 May 2018 12:50 İqtisadiyyat"2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş bütün məsələrin həlli istiqamətində cənab prezidentin tapşırığı ilə mühüm işlər həyata keçirilib. Dövlət büdcəsinin əsas parametrləri təmin edilib".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirlən iclasında "2017-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən komitə sədri Ziyad Səmədzadə deyib.
Deputat bildirib ki, heç bir sosial proqramın həyata keçrilməsində maliyyə sıxıntısı olmayıb. "Bu da 2018-ci ilin dövlət büdcəsinin daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb".