Nazir müavini: “Azərbaycanın strateji valyuta ehtiyatları xeyli artıb”

"Ölkə iqtisadiyyatına əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərin maliyyə təminatı təmin olunub. Ötən il ərzində xarici ticarət illik müqayisədə 12,3%, əmtəə ixracı 18,11% artıb, qeyri neft əmtəə ixracı 24,4% artıb. Ölkənin strateji valyuta ehtiyatları 4 milyard dollar artaraq ilin sonuna 41 milyard dollar səviyyəsini keçib".

"Olaylar" xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavini bildirib ki, 2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və ya 104,8% , xərcləri 25 mlrd. manat və ya 82,4% səviyyəsində icra olunub. İcmal büdcə kəsiri 1,1 mlrd. təşkil edib ki, bu da proqnoza nisbətən 9,5% bəndi azalaraq cəmi 1.6% təşkil edib. Dövlət büdcəsinin mədaxili 16 mlrd. 517 mln. manat və ya 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirlər 10 mlrd. 417 mln. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat, 5,3% çoxdur.

Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektoru hesabına təmin olunub ki, bu da 2016-cı ilə nisbətən 352 mln. manat və ya 4,3% çoxdur. Qeyri-neft sektorundan daxilmolmaların xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52.3% təşkil edib. Dövlət Neft Fondundan 2017-ci ildə 6,100 mlrd. manat vəsait transfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. 2017-ci ildə Azərbaycan Mərkəzi Bankının mənfəətində 250 mln. manat dövlət büdcəsinə ödənilib. A.Bayramov qeyd edib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və ya 17 mlrd. 595 mln. manat səviyyəsində icra olunub ki, xərclərin 62%-i cari xərclərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31